Salam dostlar
Gündəliyimi təkrar yayınlamağa qərar verdim.
Köhnə Gündəliyim®də yazarkən oxucuların isti reaksiyası ilə qarşılaşmışdım.
Daha sonra işlərim səbəbiylə gündəlik yazmağa ara verdim, lakin davamlı gündəliyimi aktivləşdirməyi düşündüm, qismət bu günəymiş…
Köhnə versiyadan fərqli olaraq yeni Gündəliyimin formatının oxucularla söhbət havasında, aktual mövzuların müzakirəsi şəklində olmasını istəyirəm.
Əslində köhnə versiya da eyni formatda yaradılmışdı, ancaq daha sonra gündəliyimdə başqa dostlarımız da yazmağa başladı və mənim gündəliyim olmaqdan çıxdı:)
Sözün Düzü saytında da yazmağa davam edəcəm, ancaq gündəlik fikirlərimi, yazılarımı, şerlərimi və s. burda sizinlə paylaşacam.
Fikirlər paylaşdıqca çoxalır…
paylaşan hörmətlə
Bölmə: Gündəliyim
Yazan: admin on November 25, 2008


